İlham Əliyev jurnalistlərə müraciət ünvanladı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Rəsmi, Sosial, Media

İlham Əliyev jurnalistlərə müraciət ünvanladı

İlham Əliyev jurnalistlərə müraciət ünvanladı


Prezident İlham Əliyev: "Dünya miqyasında milli informasiya resurslarımızın çəkisi artır" "Hazırda güclü iqtisadi və maliyyə potensialına malik Azərbaycan Respublikasında hər bir sahənin, o cümlədən KİV-in inkişafına hərtərəfli dövlət dəstəyi həyata keçirilir".
"Ölkə.Az"ın xəbərinə görə, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mətbuat Şurasının (MŞ) VII qurultayına ünvanladığı müraciətdə yer alıb. Qurultayda Prezidentin müraciətini onun köməkçisi Əli Həsənov oxuyub.

"Təsadüfi deyil ki, dünya miqyasında milli informasiya resurslarımızın çəkisi getdikcə artır, rəqabət qabiliyyəti yüksəlir", - deyə, dövlət başçısı müraciətində vurğulayıb.

***

“Ölkə.Az”ın xəbərinə görə, qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 240-dək nümayəndə iştirak edir.
Qurultayda Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxış edib. O, Prezident İlham Əliyevin qurultay iştirakçılarına müraciətini oxuyub. Dövlət başçısı qurultay iştirakçılarına uğurlar arzulayıb.

Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər adından dövlət başçısına təşəkkür edib.

Daha sonra Ə.Amaşov bu gün 58 yaşı tamam olan Ə.Həsənovu doğum günü münasibəti ilə təbrik edib.

Qurultay davam edir.

Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinləniləcək, hesabat ətrafında müzakirə aparılacaq, Şuranın İdarə Heyətinin yeni tərkibi seçiləcək.

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *