Bu gün ilk çərşənbə - Su çərşənbəsidir
Bu gün ölkəmizdə ilk çərşənbə - Su çərşənbəsi qeyd olunacaq. Nə üçün Su çərşənbəsi və ya el dilində desək, əzəl çərşənbə?
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli açıqlayıb. Alimin sözlərinə görə, baharın gəlişi öncəsi çərşənbələrin əsasən "Su", "Od", "Yel" və "Torpaq" kimi sıralanması qəbul edilib.
A.Əhmədli qeyd edib ki, Azərbaycanın əksər bölgələri ilk çərşənbənin "Su" çərşənbəsi kimi qeyd edilməsini dəstəkləyir: "Biz də ilk çərşənbənin "Su" çərşənbəsi olması üzərində dayanmalıyıq. Çünki canlı orqanizmin yaranması suda mümkün olub. İlk canlı orqanizm suda yarandığı üçün həyatın mənbəyi, onun nüvəsi sudur. Bu da vacib məqamdır".
Mənbə:> Trend