“Sədərək” alverçilərinə “gömrükdə xətt açdıran” Aslanovun işləri » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Kriminal

“Sədərək” alverçilərinə “gömrükdə xətt açdıran” Aslanovun işləri

“Sədərək” alverçilərinə “gömrükdə xətt açdıran” Aslanovun işləri

Azərbaycana Çindən uşaq oyuncaqlarının idxalı ilə məşğul olan və “Sədərək” ticarət yarmarkasında topdansatışını həyata keçirən Həbibov 2013-cü ildə gömrük orqanında mallarının gətirilməsi üçün öz adına “xətt açdırmaq” istəyib. Bu məqsədlə tanışı Emin Aslanovla anlaşıb. Aslanov onu inandırıb ki, Dövlət Gömrük Komitəsində “yüksək vəzifələrdə işləyən şəxslərlə” çox yaxın əlaqələri var və “xətt açdırmaq” işini 70 min manata həll edə bilər. Həbibov inanıb və pulları verib, amma gömrükdə adına “xətt açılmayıb”. Pulu banklardan dollarla kredit götürən Həbibov bu günə qədər də banklara faiz ödəməkdədir.

Virtualaz.org xəbər verir ki, bu Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işindən epizoddur. Məhkəmə dələduzluqda ittiham olunan 34 yaşlı Cəlilabad rayon sakini Emin Aslanovun işinə baxır.

İttihama görə, Emin Aslanov “Sədərək” Ticarət Mərkəzində işləyən Sücayət Həbibovu Dövlət Gömrük Komitəsinin yuxarı vəzifəli şəxsləri ilə əlaqələrinin olmasına inandırıb və istənilən gömrük məsələlərini həll etmək imkanında olduğunu yalandan ona vəd edib. Aslanovun qurbanları arasında “Sədərək” Ticarət Mərkəzində ticarətlə məşğul olan Teymur Ağayev, Elçin Salmanov və Emin Həbibov da var. Onlar hamısı birləşərək Aslanova 60 min manat və 10 min dollar veriblər.

Təqsirləndirilən Emin Aslanov istintaqa verdiyi ifadəsində özünü təqsirli bilməyib. İfadəsində deyib ki, Sücayət Həbibovu Mədinə adlı tanışının vasitəsilə tanıyıb. 2013-cü ilin yazında həmin Mədinə Emin Aslanova deyib ki, tanışları Nurəddin və Eminə gömrük işlərində kömək lazımdır.

“Sədərək” alverçilərinə “gömrükdə xətt açdıran” Aslanovun işləri


E.Aslanovun ifadəsinə görə, həmin ərəfədə Emin və ortaqlarının Çindən gələn, içərisi yüklə dolu avtomobili gömrükdə saxlanılmışdı. Aslanov deyir ki, malların gömrük rəsmiləşdirilməsində təcrübəsi olduğu üçün onlara kömək edib.

Bu əməkdaşlıqdan sonra Emin onu qardaşı Sücyaətlə tanış edib. S.Həbibovla tanışlıq sonradan yaxın dostluğa çevrilib. Həbibov qardaşları ondan xahiş ediblər ki, Çindən gətirilən malların Gömrük İdarəsindən Azərbaycana keçirilməsində müntəzəm olaraq onlara köməklik göstərsin.

”Sücayət israrla birlikdə işləməyi, gömrük rəsmiləşdirilməsində ona köməklik etməyimi xahiş edirdi. Deyirdi ki, təcrübəli adamsan, sənə pul verəcəyəm, bütün gömrük işlərində mənə yardım et. Razılaşdıq ki, 60 min manat pul verəcək, mən də əvəzində onun Çindən Azərbaycana gələn bütün yük maşınlarının gömrük rəsmiləşdirilməsində nümayəndə kimi köməklik edim”-Aslanov ifadəsində deyib.

Ümumi razılığa gəldikdən sonra Sücayət Həbibovun qardaşı Eminlə “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında görüşərək ona 60 min manat pul verib və birlikdə işə başlayıblar. Belə ki, Sücayətin Çindən gələn mallarını İrandakı “Bəndərabbas” limanında təhvil alıb Naxçıvanda gömrükdə rəsmiləşdirilməsini etdirdikdən sonra həmin konteynerlər “Meyvəli” terminalında yenidən yoxlanılıb bundan sonra Sücaətə, və ya onun qardaşına, işçisinə “Sədərək” bazarında təhvil verilirmiş. Sücayət isə gömrüklə bağlı heç bir məsələyə qarışmayıb, hamısını E.Aslanova həvalə edib.

“Sədərək” alverçilərinə “gömrükdə xətt açdıran” Aslanovun işləri


E.Aslanov ifadəsinə görə, 2014-cü ilin əvvəlində gömrük rəsmiləşdirilməsində qaydalar dəyişdikdən sonra çətinlik yarandığından işi davam etdirə bilməyəcəyini deyib:”Bütün işlərim dayanmışdı, müflisləşmişdim. Bu haqda Sücayətə də dedim. Sonradan işlərim qaydasına düşdü. 2016-cı ilin sentyabr ayında Sücayət uşaq oyuncaqlarının satışında ona köməklik etməyimi istədi. Mənim marketlərdə çoxlu tanışlarım olduğunu bilirdi. Tanışlarımla danışıb Sücayəti istiqamətləndirdim”.

2016-cı ilin sonlarında S.Həbibov E.Aslanova zəng vuraraq malların gömrükdən keçirilməsi üçün işlərin təşkilinə görə verdiyi 60 min manatı geri istəyib: ”Dedim işi birlikdə qurduq, məndən asılı olmayan səbəblərə görə biznes alınmadı. Mənə verdiyi 60 min manatın üç qat dəyərində ona xeyir verdiyimi xatırlatdım. Sonradan Sücaətin vəkili zəng vurdu. Daha sonra isə məni istintaqa çağırıb dindiridilər. Elçin və Teymur adlı şəxsləri əvvəllər tanımamışam, onları barəmdə şikayət olunduqdan sonra tanımışam. “Bandotdel” də təzyiq olunduğu üçün 60 min manatı Gömrük məsələlərinin həlli üçün Bakı Baş Gömrük İdarəsində adını xatırlamadığım əməkdaşına verdiyim haqda izahat yazdım. Lakin həmin pulu öz xidmətimə görə almışam. Bu sahədə təcrübəm olduğu üçün qeyri-rəsmi olaraq gömrük işləri ilə məşğul olurdum. Mən Sücaatə qarşı dələduzluq etməmişəm”.

Zərərçəkmiş Sücayət Həbibov isə ifadəsində “Sədərək” Ticarət Mərkəzində uşaq oyuncaqlarının ticarəti ilə məşğul olduğunu, bu işlə məşğul olan bir sıra şəxslərlə birgə Çindən Azərbaycana uşaq oyuncaqları idxal etdiklərini göstərib. 2013-cü ildə gömrük orqanında xaricdən mallarının gətirilməsi üçün öz adına “xətt açdırmaq” istədiyini deyib. Oyuncaq idxalı ilə məşğul olan tanışları Teymur Ağayev, Elçin Salmanov və Emin Həbibov da onun adına gömrük xəttinin açılmasında maraqlı olublar. Çünki onlar da öz mallarını S.Həbibovun adına idxal etməyə razı idilər.

Həmin ərəfədə parça mallarının satışı ilə məşğul olan Emin Aslanov ona Dövlət Gömrük Komitəsində çox yuxarı vəzifəli şəxslərlə yaxın əlaqələri olduğunu, istənilən məsələni həll edə bilcəyini deyib:”Malların öz adıma gətirilməsi ilə bağlı istəyimi ona dedim. Dedi ki, bu, su içmək kimi asan işdir, qısa müddətdə həll edəcəyini bildirdi. Üç gün sonra bu işi 50 min manata tam həll edə biləcəyini açıqladı. Eminə inandığım üçün digər ticarətçi tanışlarım Teymur, Elçin və Emini məlumatlandırdım, qərara gəldik ki, birlikdə həmin məbləği düzəldib Eminə verək ki, gömrük məsələlərini həll etsin”.

“Sədərək” alverçilərinə “gömrükdə xətt açdıran” Aslanovun işləri


Aslanov çin dilini yaxşı bildiyinə görə öz aralarında belə qərara gəliblər ki, gələcəkdə Çindən malların alınmasında və ölkəyə göndərilməsində əlavə tərcüməçiyə ehtiyac olmayacaq və alış qiymətləri bir qədər aşağı salınacaq. Bütün bu işlərin müqabilində ona 60 min manat və 10 min dollar verib.

S.Həbibovun ifadəsinə görə, Emin ona məsələnin üç gün ərzində həllini tapacağını desə də, sonradan səs-soraq çıxmayıb. Bir neçə dəfə zəng vurub bununla bağlı maraqlandıqda isə “narahat olma, heç bir problem olmayacaq” deməklə Emin onu arxayın salıb. Aradan bir neçə ay keçib. Məsələnin həll olunmadığını görüncə yenidən əlaqə saxlamağa cəhd edib, amma bu dəfə zənglərinə cavab verilməyib. Artıq aldanıldığını başa düşən S.Həbibov Emini tapıb pullarını geri tələb edib.

”O pul Eminə gömrük xətti açılması məsələsini həll etmək üçün verilmişdi. Mən Eminə zəng vurub Çindən gələn malları gömrükdən keçirməsi üçün 100 min manat təklif etməmişəm. Bu işləri Emindən yaxşı bacarıram. Emin nə mənim, nə də qardaşımın gömrükdən malını keçirməyib. Buna bizim ehtiyacımız da olmayıb”-Həbibov deyib.

Zərərçəkmiş ifadəsinin davamında E.Aslanova görə indiki məzənnə ilə 147 min manat ziyana düşdüklərini bildirib. Deyib ki, bu pulun cəmi 40 min manatını geri ala bilib.

Məhkəmə prosesi davam edir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *