Ermənilər qiymət artımına görə küçələrə axışdılar – VİDEO + FOTO
Ermənistanın paytaxtı Yerevanda növbəti etirazlara start verilib.
Oxu.Az-ın erməni mətbuatına istinadən xəbər verir ki, etirazlar Yerevanın məşhur Şarl Aznavur meydanında keçirilir.
Məlumata görə, parlamentdəki “Çıxış” blokunun təşkilatçılığı ilə keçirilən yürüş-mitinq ölkədəki qiymət artımına etiraz olaraq keçirilib. Bundan sonra aksiya yürüş şəklində Abovyan küçəsi-Respublika meydanı-Amiryan küçəsi-Maştotsa prospekti-Sayat Nova küçəsi-Abovyan küçəsi boyunca davam etdirilib.
Parlamentərilərin sözlərinə görə, son bir il müddətində Ermənistanda kərə yağı – 41%, qoyun əti – 28%, pomidor – 31%, kartof – 28% bahalaşıb.
Mənbə:> Oxu.Az