Adamın ürəyi bulanır, Polad Bülbüloğlu! » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Sosial

Adamın ürəyi bulanır, Polad Bülbüloğlu!

Adamın ürəyi bulanır, Polad Bülbüloğlu!




Müəllif: Eynulla Fətullayev



Adəti üzrə, qışın gəlişi ilə birgə Polad Bülbüloğluna yeni hücumlar başladı. Azərbaycana, eyni zamanda bütün postsovet məkanına Rusiyadakı hazırkı səfirimizi təqdim etməyin mənası varmı? Polad Bülbüloğlu fövqəladə addır, Azərbaycana bərabər məfhumdur. Hardasa ötən il Bülbüloğluna qarşı yeni kampaniyanın qızğın vaxtında mən bu fikrə gəldim ki, bütün postsovet məkanında hamıya yaxşı məlum olan cəmi iki soyad qalıb – Əliyev və Bülbüloğlu. Bu soyadların qədrini bilmək lazımdır, onları qorumaq və Azərbaycan tarixinin fonduna qızıl hərflərlə yazmaq gərəkdir.

Bəs biz nə edirik? Daha dəqiq desək, biz yox, onlar. Əgər Rusiyada ölkə iki partiyaya – televiziya tamaşaçılarına və İnternet oxucularına, yəni dünənə və bu günə parçalanıbsa, bizim cəmiyyətdə sosial-mədəni sərhəd, şərti olaraq desək, rusdillilər və azərbaycandillilər arasında keçib və keçir. Burada söhbət rus dilini üstün saymaqdan və doğma dilin əhəmiyyətini azaltmaqdan getmir. Əsla! Dil düşüncə tərzini formalaşdırır. Azərbaycan dilində təhsil alanlar bu günə qədər də (obyektiv səbəblər üzündən) qiymətli və vacib kitabları oxuya bilməyiblər. Oxuyublarsa da, çox miskin tərcümədə oxuyublar. Məhz buna görə siyasətçi və prezidentliyə namizəd, keçmiş patoloqanatom, yüksək dağ kəndində əyalət məktəbinin məzunu olmuş Sərdar Cəlaloğlu özündə cəsarət taparaq Eynşteyni inkar edir. Bəli-bəli, inanın ki, bu uydurma deyil, gerçəklikdir! Ölkənin aparıcı KİV-ləri də Cəlaloğlunun sərsəmləmələri üçün öz səhifələrini ayırırlar. Fikirləşirsiniz ki, Cəlaloğlu tərbiyəli insanlara xas utancaqlıq və ayıb hissləri keçirir? Haşa, o, soyuqqanlı şəkildə Eynşteyni inkar edir, virtual olaraq Aristoteli təkzib edir... Axmaqlıqdır! Lakin bu dəfə Sərdar Cəlaloğlu və traybozavr sivilizasiyasının və siyasi “çuşkalığ”ın digər təmsilçiləri – Mirmahmud Fəttayev, Akif Nağı, Elman Məmmədov kimə-kimə, Polad Bülbüloğlunun özünə qarşı hücuma keçirlər.

Adamın ürəyi bulanır, Polad Bülbüloğlu!


Geniş oxucu kütləsi üçün yazılmış mətnin təhlilinə keçməzdən əvvəl zamansızlıq dövrünün – şıltaq 90-ların yaxşıca yaddan çıxmış qəhrəmanlarını yada salaq. Yaxşı savad ala bilməmiş Fəttayev Elçibəy AXC-sində liberal-şiə qaragüruhunun qurucusu - atasıdır. Mərhum akademik Cəlal Əliyev bir dəfə onu çox sərrast şəkildə qəbiristanlıq dilənçisinə bənzətmişdi (Fəttayev də bəy masasının tör-töküntülərini yeyirdi). Akif Nağının təqdimata ehtiyacı yoxdur – bu bizim multfilm Yasir Ərəfatımızdır ki, hər zaman ön xətdə önü düymələnmiş kostyumda və pis bağlanmış qalstukda peyda olur. Elman Məmmədov isə Xocalı rayonunun başçısıdır. Onun taleyi elə hər şeyi özü deyir – Xocalının bütün əhalisi faciəvi şəkildə həlak olub, onun özündən, arvadından və qayınanasından başqa...

Bu da kənddə deyil, hətta muxtar respublikada da deyil, bütün dünyada əfsanəyə çevrilməyi bacarmış adama əl qaldırmış bizim fiqurantlar.

Sən demə, bu “qəhrəmanlar” Polad Bülbüloğlunun bütöv bir millətə nifrətin səhv olduğunu iddia etdiyi sitatına hiddətləniblərmiş. Bu halda erməni millətinin! Bəs bu haqlı iradı ilə Bülbüloğlu harada çıxış edib? Siyasi klounlar iddia edir ki, sosial şəbəkələrdə. Lakin Bülbüloğlu heç bir sosial şəbəkədə yazmır – nə Feysbukda, nə Tvitterdə, nə də VKontaktedə. Birincisi, statusu və vəzifəsi buna imkan vermir, ikincisi də, 73 yaşlı korifey o yaşda deyil ki, Feysbukda səhifə aparsın və hər gün bəyanatlarla çıxış etsin.

Adamın ürəyi bulanır, Polad Bülbüloğlu!


Digər tərəfdən, tutaq ki, Polad Bülbüloğlu əsrlərin sınağından keçmiş bu həqiqəti səsləndirib: pis xalqlar yoxdur, pis adamlar var. Məgər o, iyrənc, insanlığa zidd və faşist şüarı səsləndirib ki, bu da ölkəmizin nüfuzuna xələl gətirir? Ksenofobiyaya səsləyərək Şərq multikulturalizminin yeni beşiyinin nüfuzunu dağıdır?

Məsələ bu imiş! Belə çıxır ki, siyasi oyunbazlar əmindirlər ki, biz gələcək nəsillərimizi erməni xalqına nifrət hissi ilə tərbiyələndirməliyik? Fəqət, cənablar, Azərbaycanın ayrılmaz hissəsi olaraq qalan Qarabağda 50 minə yaxın həmvətənimiz yaşayır ki, onlar erməni millətindəndir və keçmiş səhra komandirlərinin – indiki Ermənistan rəhbərliyinin işğalçı rejiminin girovuna çevriliblər. Əgər biz səmimi şəkildə Qarabağın azad edilməsinə və işğal edilmiş rayonlarımızın qaytarılmasına inanırıqsa, xalqa nifrəti deyil, iki xalqın, ilk növbədə öz vətəndaşlarımızın birgə yaşayış modelini təbliğ etməliyik.

Azərbaycan Prezidenti İlham Əliyev yorulmadan təkrarlayır ki, Dağlıq Qarabağ erməniləri ölkəmizin vətəndaşlarıdır, onların hüquqlarını müdafiə və təhlükəsizliklərini təmin edəcəyik. Polad Bülbüloğlu kimdir? Prezidentin xarici siyasətini ayrıca götürülmüş bir ölkədə həyata keçirən səfir. Bəs səfir nə bəyan etməlidir? Deməlidir ki, Azərbaycan fürsətdən istifadə edərək erməniləri Qarabağdan qovmalıdır və biz ermənilərə nifrət etməyə borcluyuq? Bu nə cılız məsələ qoyuluşudur? Özünü bütöv bir ölkənin siyasətçisi adlandıran bu sərgərdanlara kim təlim keçir?

Anlayıram ki, ağlımızı itirmişik. Amma doğrudanmı, biz vicdanımızı da itirmişik? Axı taleyüklü aprel müharibəsi günlərində - Rusiyanın dövlət idarəçiliyinin bütün sahələrinə sirayət etmiş Rusiya ermənilərinin Azərbaycanı informasiya blokadasına salmaq istədiyi vaxtda məhz Polad Bülbüloğlu bu izolyasiyanı dağıtmış və bütün MDB-yə yeni Qarabağ müharibəsi barədə həqiqətləri çatdırmışdı! Belə tez unutduq? Eyni çirkaba nə qədər girmək olar axı? Yenə yalançı vətənpərvərlik və yaramazların Vətənə sevgilərini göstərmək yanğısının son saman çöpünə əl atması?

Bəlkə yenə də daxili oyunlardır? Bəs bu oyunlara niyə Qarabağı qarışdırırlar? O ki qaldı Qarabağa, öz erməni vətəndaşlarımızı Azərbaycanın hüquqi müstəvisinə kimlə qaytarmaq istəyirik? Eytnşteyni və Aristoteli inkar edən bu Nuh əyyamından qalma pitekantroplarla? Yoxsa xalqını ataraq qaynanasını xilas etmiş deputatla?

Antiermənilik və həqiqətlərimiz uğrunda Moskvada mübarizə aparmağa hələ də özündə qüvvə tapan Bülbüloğlunu sancmaq yanğısı kimi yeni şizofreniya tutmasından sonra bizim siyasət qaymaqlarının (onları belə adlandırmaq mümkündürsə) məsuliyyət anlayışı məndə şübhə doğurur. Qarabağda yaşayan ermənilər kimlərdir? Vətəndaşlarımız, yoxsa düşmənlərimiz? Bəlkə bunu aydınlaşdırmağa dəyər? Biz Bülbüloğlundan nə istəyirik? Bizdən ayrılmasını və tənha qalmasını?

Adamın ürəyi bulanır!

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *