Azərbaycan Qarabağ separatçılarına qarşı pilotsuz təyyarələr tətbiq etdi – ERMƏNİSTAN MÜDAFİƏ NAZİRLİYİNİN BƏYANATI
Azərbaycanın Silahlı Qüvvələri Dağlıq Qarabağdakı separatçıların mövqelərini pilotsuz uçuş aparatları vasitəsilə atəşə tutub.
Virtualaz.org bildirir ki, bu xəbəri Ermənistan Müdafiə Nazirliyinə istinadən “İnterfaks” yayıb.
"Azərbaycan yanvarın 20-də saat 14:50-də təmas xəttinin şimal istiqamətində pilotsuz uçuş aparatları tətbiq etməklə, erməni postlarını minaatan mərmiləri ilə atəşə tutub", - deyə nazirliyin məlumatında bildirilir.
Ermənistan Müdafiə Nazirliyinin bəyanatında o da vurğulanır ki, Qarabağ separatçılarının şəxsi heyəti arasında itki yoxdur.
Mənbə:> Virtualaz.org