Heydər Əliyev prospektində yeni avtomobil tuneli inşa edilir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial, Video

Heydər Əliyev prospektində yeni avtomobil tuneli inşa edilir – VİDEO

Heydər Əliyev prospektində yeni avtomobil tuneli inşa edilir

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektində, daha dəqiqi Bakı Olimpiya Stadionunun qarşısında yeni avtomobil tuneli inşa olunur.

Dövlət Agentliyindən SalamNews-a verilən məlumata görə, tunelin ümumi uzunluğu 655 metr, qapalı hissəsinin uzunluğu isə 125 metr təşkil edir. Avtomobil tuneli hər biri 4.5 metr eni olan 2 hərəkət zolağından ibarət olacaq. Yeni tunelin ümumi eni isə 11.5 təşkil edəcək.

Tinelin inşasında məqsəd günün pik saatlarında "Koroğlu" metrostansiyasının qarşısında yaranan tıxacı aradan qaldırmaqdır: Belə ki, Ziya Bünyadov prospekti istiqamətindən gələn və Hava limanı istiqamətində gedən avtonəqliyyat vasitələri “Böyük Şor” yol qovşağında yerləşən körpünün üzərinə qalxaraq oradan dövrə vurub, “Koroğlu” metrostansiyasının qarşısından keçərək düşərək hərəkət edirlər. Bu isə həmin ərazidə müəyyən qədər sıxlığa səbəb olur. Məhz o sıxlığın aradan qaldırılması üçün avtonəqliyyat vasitələrinin “Koroğlu” stansiyasının qarşısına düşmədən Ziya Bünyadov prospektindən birbaşa hava limanı istiqamətinə hərəkət edə bilməsi üçün yeni avtomobil tuneli inşa olunur.

Yeni avtomobil tuneli hazır olanda artıq avtomobillər "Koroğlu" metrostansiyasının qarşısından keçmədən birbaşa Ziya Bünyadov prospektindən Olimpiya kəndi istiqamətinə və ordan da Bakı Olimpiya Stadionu arxasında yerləşən yoldan və tuneldən istifadə etməklə hava limanı istiqamətinə hərəkət edə biləcəklər.

Avtomobil tuneli texnoloji ardıcıllığa riayət olunmaqla “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin 2018-ci il ərzində yekunlaşması planlaşdırılır.


Mənbə: SalamNews
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *