Qul ağasının üzünə ağ olur - Vəziyyət gərginləşir » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Qul ağasının üzünə ağ olur - Vəziyyət gərginləşir

Qul ağasının üzünə ağ olur - Vəziyyət gərginləşir


Ermənistanda Avropa Birliyi (AB) ilə noyabrın 24-də "Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqqında saziş"in imzalanmasından maraqlı hadisələr baş verir.

Qul ağasının üzünə ağ olur - Vəziyyət gərginləşir


Bu barədə Milli.Az-a açıqlamasında "Baku International Policy and Security Network" Ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert, professor Elxan Ələsgərov bildirib.

Qul ağasının üzünə ağ olur - Vəziyyət gərginləşir


Onun sözlərinə görə, əvvəla, gözlənildiyi kimi, Ermənistan AB ilə imzalanmış sazişdən ölkədə əhalinin başını qatmaq üçün istifadə etməyə başlayıb: "Brüssseldən qayıdan hökumət nümayəndələri gur bəyanatlar verirlər. Guya bu sazişdən sonra Ermənistanın bütün iqtisadiyyatı düzələcək, Avropa Birliyi ölkənin bütün dərd-sərinə dərman olacaq və guya sazişdən sonra Avropa ölkələrindən Ermənistana böyük iqtisadi layihələr üçün ciddi təkliflər daxil olur. Dərindən təhlil edəndə isə məlum olur ki, bunlar yalnız boş sözlərdir. Ortada heç bir real layihə yoxdur və hələlik Ermənistana heç bir maliyyə yardımı da ayrılmayıb".

Qul ağasının üzünə ağ olur - Vəziyyət gərginləşir


Ekspert qeyd edib ki, Ermənistan rəhbərliyi həm də guya KTMT çərçivəsində Dağlıq Qarabağla əlaqədar hansısa sənədin, bəyannamənin qəbul olunduğunu deyirlər: "Düzdür, KTMT-də bəyannamə qəbul olunub, amma orada əslində, əvvəllər də dəfələrlə deyilən sözlər yer alıb. Yəni sənəddə KTMT-nin region ölkələrində xalqların öz müqəddəratını təyinetmə hüququ ilə yanaşı, onların ərazi bütövlüyünü tanıdığı və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsində maraqlı olduğu bəyan edildi. Lakin Ermənistan rəhbərliyi bunu öz zəfəri kimi qələmə verir. Əslində isə, burada yeni heç nə yoxdur".

Qul ağasının üzünə ağ olur - Vəziyyət gərginləşir


Bundan əlavə, E.Ələsgərovun fikrincə, hazırda Ermənistanda antiRusiya ab-havası var və bu tendensiya getdikcə güclənəcək: "Biz əvvəllər də demişdik ki, AB-nin Ermənistanla saziş imzalanmasında əsas məqsədi Rusiyanın bu ölkənin üzərində təsirini azaltmaqdır. AB Ermənistana gəlib ilk növbədə burada Rusiyanın varlığına son qoymağa çalışacaq. Nəzərə alsaq ki, Ermənistanda Qərbdən qrantlar hesabına maliyyələşən güclü "5-ci kolon" var, bu tendensiya daha da güclənəcək.

İndi bir tərəfdən hökumət iddia edir ki, bu sazişdən sonra iqtisadi inkişaf olacaq, digər tərəfdən də müxalifət Rusiyaya qarşı ciddi addımlar atmağa hazırlaşır. Onların qəbul etdiyi xartiyada deyilir ki, Rusiyanın sərhəd qoşunları Ermənistandan çıxarılmalıdır. Yəni Brüsseldən sonra Ermənistanda hərtərəfli antiRusiya əhval-ruhiyyəsi ciddi şəkildə artıb. Beləliklə, Ermənistanda antiRusiya cərəyanı getdikcə güclənəcək. Rusiyanın bununla bacaracağına isə şübhəm var. Ermənistanda özlərindən başqa hamıya nifrət var. İndi isə əhalinin 70-80 faizi ruslara qarşıdır".

Mənbə: Day.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *