Rəsulzadənin xanımının məzarı tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

Rəsulzadənin xanımının məzarı tapıldı – FOTO

Rəsulzadənin xanımının məzarı tapıldı

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda xanım) xanımının məzarını tapıb.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalist sosial şəbəkədə yazıb.

O qeyd edib ki, ADR-nin banisinin xanımının məzarı "Əsri" qəbiristanlığındadır: "Bir neçə gün əvvəl cümhuriyyət dövrünü araşdıran gənc dostlarımızdan biri Ceyhun Nəbi böyük Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Vanda xanımın, həmçinin Abbasqulu Kazımzadənin və Məhəmməd Əli Rəsulzadənn məzarını tapmaqda yardım istədi. Daha əvvəl də maraqlanmışdım və mənə Vanda xanımın "Əsri" məzarlığının xristian bölməsində olduğunu, zamanın qaydalarına görə kimsəsi olmadığı üçün məzarın yerinin də bilinmədiyini demişdilər. Bildiyim qədər, hamıda bu məlumat vardı.

Dünən Abbasqulu Kazımzadənin məzarı ilə bağlı bir şey öyrənmək ümidi ilə əvvəlcə Cebeci Askeri Şəhidliyinə getdim. Şəhidlik müdiri bütün qeydləri çıxardı, baxdı, yox idi. Oradan yenə ümidlə "Əsri" məzarlığına getdim. Mən gedənə qədər Şəhidlik müdiri onları aramışdı, sağ olsun. Axtardılar, dəftərləri çıxardılar, 47-ci ilin qeydlərində Abbasqulu Kazımzadə yoxdur. Bu arada, söhbət edərkən Rəsulzadənin həyat yoldaşı Leyla xanımın da "Əsri" məzarlığında olduğunu, amma tapılmadığını dedim. O isə tapdıqlarını dedi. Məlum oldu ki, adı dəftərdə Vanda deyil, Leyla Rəsulzadə kimi qeyd olunub".

K. Şamilqızı əlavə edib ki, həmin məzarın üzərində Leyla xanıma aid olması ilə bağlı heç nə yazılmayıb.
Rəsulzadənin xanımının məzarı tapıldı
Rəsulzadənin xanımının məzarı tapıldı
Rəsulzadənin xanımının məzarı tapıldı
Rəsulzadənin xanımının məzarı tapıldı
Rəsulzadənin xanımının məzarı tapıldı

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *