Rusiya Müdafiə Nazirliyindən kobud səhv – FOTO
Rusiya Müdafiə Nazirliyi sosial şəbəkələrdə guya ABŞ-ın İŞİD-ə dəstək verməsini sübut edən fotolar paylaşıb.
Oxu.Az-ın xəbərinə görə, qurumda bildiriblər ki, 9 noyabr 2017-ci ildə çəkilən bu şəkillərdə Birləşmiş Ştatların terrorçularla əlbir olması açıq-aydın görünür.
Lakin məlum olub ki, şəkillərdən biri smartfonlar üçün “AC-130 Gunship Simulator: Special Ops Squadron” oyununun skrinşotu ilə eynidir. Digər fotolar isə İraq ordusunun 2016-cı ildə Əl-Fallucada keçirdiyi əməliyyat zamanı lentə alınıb.
Rusiya Müdafiə Nazirliyi sonradan rəsmi Facebook və Twitter səhifələrində fotoları və paylaşımı silib.
Qeyd olunur ki, kadrlar həmçinin “Rusiya-24” telekanalının efirində də yayımlanıb.
Mənbə:> Oxu.Az