SOCAR-ın yeni inzibati binası 414 milyon dollara başa gəlib » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet

SOCAR-ın yeni inzibati binası 414 milyon dollara başa gəlib

SOCAR-ın yeni inzibati binası 414 milyon dollara başa gəlib

SOCAR-ın yeni inzibati binasının ("SOCAR Tower") tikintisinə çəkilən xərcin məbləği açıqlanıb.

Layihənin podratçısı olan "Tekfen" şirkətindən verilən xəbərə görə, binanın tikintisi 414 mln. 237,659 min dollara başa gəlib.

2017-ci ilin sentyabrın 15-nə "SOCAR Tower"də işlərin 99,2%-i başa çatıb. "Tekfen" bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.

"SOCAR Tower" Koreyanın "Heerim Architects & Planners Co. Ltd" şirkəti tərəfindən təqdim olunan "Külək-alov" konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib. "SOCAR Tower" beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *