Saakaşvilinin tərəfdarları Kiyevdə mitinq keçirir – FOTO
Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları Ukrayna Ali Radası qarşısında mitinq keçirir.
AzNews.info Report-a istinadən xəbər verir ki, mitinq Bakı vaxtı ilə saat 14:00 başlayayıb.
Hazırda parlament binasının qarşısında 100-ə yaxın adam toplaşıb. Onlar Ali Radanın qarşısındakı ərazidə çadır düşərgəsi quran aksiyaçılara qoşulub. Bildirilir ki, mitinq iştirakçılarının sayı artır.
M.Saakaşvilinin sədri olduğu “Ruxa novix sil” partiyasının nümayəndəsi İvan Slobodyanıkın sözlərinə görə, mitinq diplomatik korpus nümayəndələrinin marağına səbəb olub. Aksiyada Belçika səfiri da iştirak edəcək. Aksiyada ölkədəki vəziyyət, hərəkət planı və hakimiyyətlə dialoq müzakirə olunacaq.
Ərazi hüquq-mühafizə orqanları tərəfindən əhatəyə alınıb. Burada səyyar mətbəx fəaliyyət göstərir.
Xatırladaq ki, Hikmət Cavadovun başçılıq etdiyi “Ukraynadakı azərbaycanlıların birləşmiş diaspor”u M. Saakaşviliyə öz dəstəyini bildirib.
M. Saakaşvili mitinqə gəlib və çadır düşərgəsindəki etirazçılarla görüşüb. Mitinqdə 300-dək insanın iştirakı gözlənilir.
Mənbə:> Report