Baş prokuror Çaykadan Ağalarov haqda soruşdular: "Gələn dəfə cavab verərəm..."
Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka ABŞ-da prezident seçkiləri kampaniyası dövründə kiçik Donald Trampla əlaqələri barədə iş adamı Araz Ağalarovla ünsiyyətinin olması ilə əlaqədar kütləvi informasiya vasitələrində getmiş məlumatı şərh etməyib.
Virtualaz.org xəbər verir ki, müvafiq suala cavab olaraq Çayka jurnalistlərə deyib: “Gələn dəfə cavab verərəm”.
Daha öncə KİV məlumat vermişdi ki, Yuri Çayka Araz Ağalarovla görüşündə Klintona qarşı ifşaedici məlumatların ötürülməsini müzakirə edib.
Mənbə:> virtualaz.org