MTRŞ sədri ATV-nin rəhbərliyində baş verən dəyişikliyə münasibət bildirdi
“ATV kanalı rəhbərliyində baş verən dəyişiklik bizim yox, təsisçilərin verdiyi qərardır. Bundan sonra ATV-nin necə fəaliyyət göstərəcəyini yeni rəhbərlik müəyyən edəcək. Bizim işimiz isə ölkənin televiziya mühitini təhlil etmək və verilişlərlə bağlı rəylərimizi verməkdir”.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün ATV rəhbərliyində baş verən dəyişikliklə bağlı deyib.
Onun sözlərinə görə, ATV-dəki məlum verilişlərlə bağlı dəfələrlə kanal rəhbərliyinə iradlarını bildirib: “Bizim üçün əsas məsələ telekanallarda Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir”.
N. Məhərrəmli kanalda narazılığa səbəb olan verilişlərin bağlanmasından da danışıb:
“Bu verilişlərin bağlanması yerində atılmış addımdır”.
MTRŞ sədri həmçinin qeyd edib ki, televiziyaların monitorinqi qurumun gündəlik işidir və bu nəzarət bütün telekanallara bərabər səviyyədə aparılır.
Mənbə:> Qafqazinfo.az