Partlayış ərazisindəki əhali təxliyyə edilib
Hadisə baş vermiş ərazidə təxirəsalınmaz tədbirlər davam etdirilir
AzNews.info Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata keçirilib.
Hazırda aidiyyəti qurumlar tərəfindən müvafiq təxirəsalınmaz tədbirlər davam etdirilir.
Mənbə:> AzNews.info