İdmançı Bakıda “Galendewagen”lə adam öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Hadisə

İdmançı Bakıda “Galendewagen”lə adam öldürdü – SİLAHLI "RAZBORKA"YA DA QARIŞMIŞDI

İdmançı Bakıda “Galendewagen”lə adam öldürdü

Bakıda piyadanın vurulması və ölümü ilə nəticələnən daha bir yol qəzası baş verib.

Virtualaz.org xəbər verir ki, ötən gün axşam saatlarında Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində 1984-cü ildə anadan olmuş Şəfiyev Bəhmən Süleyman oğlu idarə etdiyi “Mercedes Galendewagen” markalı 10 LJ 010 dövlət nömrə nişanlı “ avtomobillə yolu keçməyə çalışan piyada-1959-cu ildə anadan olmuş Musayev Elman Zaman oğlunu vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə ilə bağlı cinayət işi qaldırılıb, piyadanın ölümünə səbəb olan qəzanı törədən sürücüün saxlanıldığı haqda məlumat yoxdur.

İdmançı Bakıda “Galendewagen”lə adam öldürdü


Həmin Bəhmən Şəfiyevin adı bundan əvvəl Bakının “Kral” restoranında baş vermiş silahlı insidentdə çəkilib. Belə ki, ötən il Bakı Apellyasiya Məhkəməsində silahlı insident törətməkdə ittiham olunan Bakı şəhər sakini Sənan Dünyamalıyevin işi üzrə məhkəmə keçirilib. O, silahdan atəş açmaqda və xuliqanlıqda ittiham olunurdu. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, 6 iyun, 2015-ci ildə ildə “Kral” şadlıq sarayının binasında baş verib. S.Dünyamalıyev özündə olan “Shurshill” markalı ov tüfəngindən atəş açıb, atəş nəticəsində şadlıq sarayının pəncərə şüşələri sınıb.

İdmançı Bakıda “Galendewagen”lə adam öldürdü


Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, əvvəllər məhkum olunmuş Sənan Dünyamalıyev, Cavid Ağalarov və Bəhman Səfiyev iyunun 6-da saat 17 radələrində “Neftçi” təlim-məşq mərkəzində tələbələri ilə məşq edən Şəhriyar Abbasova mane olublar. Sonuncu iradını bildirdikdə Sənan Dünyamalıyev Şəhriyar Abbasovu “Kral” şadlıq sarayının qarşısına “razborka”ya çağırıb. Sənan Dünyamalıyev, Cavid Ağalarov, Bəhman Səfiyev bir qrup şəxslə həmin gün qeyd edilən ünvana gedib Şəhriyar Abbasovla məşq mərkəzində yaranmış mübahisəni davam etdiriblər.

Bu zaman Sənan Dünyamalıyev gəldikləri avtomaşından “Vinçester” tipli tüfəngi götürüb, havaya atəş açıb, nəticədə “Kral” şadlıq sarayının pəncərəsinin şüşələri sınıb. Mübahisə zamanı Şəhriyar Abbasovun tələbəsi Ramil Vəliyevə sağ bud nahiyəsindən bıçaqla xəsarət yetirilib. Sənan Dünyamalıyev daha sonra könüllü olaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinə gəlib və hadisə zamanı istifadə etdiyi ov tüfəngini təhvil verib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 27 iyul 2017 12:28
  • Yazan: high quality replica
The Montblanc?Replica watches?Uk?TimeWalker Pythagore?Rolex Daytona?Concept watch appear today is all about getting ultra light, as is absolute in its name. How ablaze is it??Replica watches UK?claims it is one of the lightest?Replica handbags?in the world, at just 14.88 grams. This is accomplished through?Replica rolex’s use of abstracts as able-bodied as skeletonization, so let’s ascertain absolutely how this is done and some admirable new failing composites.


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *