Türkiyə TIR-ları Azərbaycan üzərindən Qətərə ərzaq daşımağa başladı » AzNews.info -Xəbər portalı

Türkiyə TIR-ları Azərbaycan üzərindən Qətərə ərzaq daşımağa başladı

Türkiyə TIR-ları Azərbaycan üzərindən Qətərə ərzaq daşımağa başladı

Türkiyə qonşuları tərəfindən blokadaya alınan Qətərə bu həftədən etibarən Azərbaycan üzərindən TIR-larla ərzaq daşımağa başlayıb. Virtualaz.org xəbər verir ki, bu haqda “Sabah” qəzeti siyasi işlər üzrə yüksək səlahiyyətli Qətər rəsmisinə istinadən bildirir. Mənbə deyib ki, bu həftədən etibarən Türkiyədən Qətərə ərzaq yardımı hava yolundan daha çox quru yolu ilə daşınacaq.

“Türkiyənin Qətərə göndərdiyi ərzaq yardım tətbiq edilən embarqonu zəiflətdi. Eyni zamanda təbii olaraq iki ölkə arasında ticarətin həcmini də artırdı. Türkiyədən gələcək TIR-ların Azərbaycan və İran üzərindən keçib İranın cənubundakı limana, oradan isə gəmi-bərələrlə Qətərə çatması planlaşdırılıb. Quru yolu ilə qida daşımaq hava yolundan daha ucuz başa gəldiyi üçün bu marşrutla daha çox ərzaq daşımaq imkanımız olacaq”, - Qətər rəsmisi bildirib.

Türkiyə TIR-ları Azərbaycan üzərindən Qətərə ərzaq daşımağa başladı


Türkiyə Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb ölkələrinin blokadaya aldığı Qətəri dəstəkləyir. Qətərə qarşı tətbiq edilən sərt sanksiyalardan dərhal sonra Türkiyə bu ölkəyə özünün hərbi qüvvələrini göndərib və orada baza yerləşdirib. Habelə Qətərə təyyarələrlə ərzaq və digər zəruri mallar göndərməyə başlayıb.

Türkiyə TIR-ları Azərbaycan üzərindən Qətərə ərzaq daşımağa başladı


Səudiyyə Ərəbistanı və müttəfiqləri Qətəri radikal islamçı qruplaşmalara, o cümlədən İŞİD-ə dəstək verməkdə, İranla əlbir olaraq bölgədə gərginlik yaratmaqda günahlandırır. Anti-Qətər koalisiyası Dohanın qarşısında 13 şərtdən ibarət ultimatum qoymuşdu. Lakin Qətər bu şərtləri yerinə yetirməkdən imtina etdi və Dohaya qarşı tətbiq edilən embarqolar qeyri-müəyyən müddətə uzadıldı.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 iyul 2017 15:15
  • Yazan: cshang
Michael Kors has been grappling with plummeting sales ralph lauren outlet uk and tepid profits after a rapid expansion effort, amid declining michael kors outlet uk North American mall traffic and deep discounting tactics that have resulted in the Kors label losing much of its luster with core consumers. In May, the company said that replica handbags it would close as many as 125 of its full-price retail stores, paying a high price for repliche orologi a damaging degree of overexposure. It downgraded its sales forecasts for the rest of replica ray ban the year, and its share price has fallen 17 percent so far in 2017.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *