İşdən çıxarılan general: “İlham Əliyev bu dəfə məni bağışlamadı...” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Sosial

İşdən çıxarılan general: “İlham Əliyev bu dəfə məni bağışlamadı...”

İşdən çıxarılan general: “İlham Əliyev bu dəfə məni bağışlamadı...”

“Birincə dəfə cənab Prezident “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədr müavini Mübariz Mədətovu oğlu Xalid Mədətovun əməllərinə görə işdən çıxaranda mənə dəymədi. Xidmətlərimi nəzərə aldı, bu dəfə isə bağışlamadı”.

Virtualaz.org bildirir ki, prezident İlham Əliyevin dünən verdiyi sərəncamla vəzifəsindən azad edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucov bunu “Qafqazinfo”ya açıqlamasında deyib.

Xatırladaq ki, general işdən, oğlu Rüstəm Orucovun yol hərəkəti qaydalarını növbəti dəfə kobud şəkildə pozmasından, ona irad bildirən avtobus sürücüsünü döyməsindən və buna görə saxlanılmasından sonra çıxarılıb.

“Oğlum paraşutdan tullanma üzrə dünya rekordçudur, Polis Akademiyasında oxuyurdu. Adam vurduqdan sonra ordan çıxartdılar. Nə edək, olmamalı idi, oldu...”, - deyə N.Orucov bildirib.

General oğluna görə peşman olduğunu, vaxtında onu cəzalandırmadığını da qeyd edib: “Qoy bu hadisədən bütün genarallarımız, zabitlərimiz, yüksək rütbəli məmurlarımız ibrət dərsi alsınlar. Məmurlar uşaqlarını boş buraxmasınlar. Bu hadisə onlara dərs olsun. Yenə də deyirəm, cənab Prezident bir dəfə mənə xəbərdarlıq etmişdi, bu dəfə cəzalandırdı”.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *