FES-dən dollarla bağlı xəbər gözlənilir » AzNews.info -Xəbər portalı

FES-dən dollarla bağlı xəbər gözlənilir

FES-dən dollarla bağlı xəbər gözlənilir


ABŞ Federal Ehtiyat Sisteminin (FES) may ayında keçirdiyi iclasın yekunu mayın 24-də açıqlanacaq.

Oxu.Az-ın məlumatına görə, “Report” “Bloomberg” agentliyinə istinadən bildirir ki, yekun rəydə iyun ayı iclasında faizlərin mümkün artırılması ilə bağlı açıqlamalar ola bilər.

Qeyd edək ki, mayda keçirilən iclasdan sonra iyun iclasında uçot dərəcəsinin artması ehtimalı 90%-ə qədər yüksəlsə də, son günlər ABŞ prezidenti ətrafında yaranan qalmaqal və bəzi zəif iqtisadi göstəricilər ehtimalları 60%-ə qədər azaldıb.

“Marketwatch” araşdırma şirkətindən verilən xəbərə görə, Kanadanın “TD Securities” investisiya bankının analitikləri FES-in müsbət açıqlamalar verəcəyini gözləyirlər. Yəni, çərşənbə günü veriləcək FES-in açıqlamaları uçot dərəcəsinin artırılması ehtimallarını yenidən yüksəldə bilər.

“Capital Economics”in baş iqtisadçısı Pol Eşvort (Paul Ashworth) hesab edir ki, əmək bazarı göstəricisi FES-in uçot dərəcəsini artırması fikrini dəstəkləyəcək. İşsizlik göstəricisi 4,4%-ə enərək 2007-ci ildən bəri ən aşağı səviyyəyə geriləyib. Lakin inflyasiya göstəricisi son 2 ayda bir qədər yumşalıb.

“Report”un analitik qrupu bildirir ki, FES-in uçot dərəcəsinin artırılması qərarını müsbət dəstəkləyəcək açıqlamalar verməsi dolların məzənnəsinin yüksəlməsinə səbəb olacaq və əsas valyuta cütlüyü 1,10 USD/EUR səviyyəsindən aşağı düşə bilər.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *