Azərbaycanın etiraz notası: “Ukrayna Azərbaycana əngəl törədir” » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Azərbaycanın etiraz notası: “Ukrayna Azərbaycana əngəl törədir”

Azərbaycanın etiraz notası: “Ukrayna Azərbaycana əngəl törədir”

Ukraynadakı Azərbaycan şirkətləri böyük çətinliklərlə üzləşirlər. Ələlxüsus, indiyə qədər Ukrayna tərəfi “SOCAR-Ukrayna” dövlət neft şirkəti qarşısında xeyli məbləğdə borcunu ödəməyib. Bundan əlavə, Azərbaycan nefti vurulmuş tankerlərin saxlanılması ilə bağlı məsələ həllini tapmayıb. “SOCAR-Ukrayna” dövlət neft şirkəti tankerlərinin boşdayanmalarına görə ödənişlər üzündən böyük məbləğdə vəsait itirməkdədir. Təəssüf ki, bu problemlər yüksək səviyyəli ukraynalı məmurların çoxsaylı vədlərinə baxmayaraq, öz həllini tapmayıb.

Bundan başqa, bu ölkədə Azərbaycan şirkətlərinin fəaliyyətinə Ukraynanın İnfrastruktur Nazirliyi də xeyli maneələr törədir və bu problemlər də olduğu kimi qalmaqdadır.

Bütün bunlar barədə virtualaz.org-a Azərbaycanın Ukraynadakı səfirliyində bildiriblər. Azərbaycan tərəfi cümə axşamı günü Ukrayna DİN-də keçirilmiş və bu ölkədə akkreditasiya edilmiş müxtəlif ölkələrin diplomatik missiyalarının rəhbərləri ilə görüşdə iştirak edib. Görüşə həmçinin Ukrayna XİN başçısı Pavel Klimkin və ölkənin baş naziri Vladimir Qroysman qatılıblar.

Virtualaz.org-a öz mənbələrindən məlum olub ki, görüş zamanı iştirakçılara Ukraynada səhiyyə, fiskal, bank və digər sahələrdə islahatların uğurla aparılmasından danışılıb. Cavab çıxışlarında müxtəlif diplomatik missiyaların rəhbərləri şirkətlərin üzləşdikləri problemlərdən danışıblar. Diplomatik missiyaların təmsilçiləri xarici investorlara törədilən süni maneələrdən və bununla bağlı bir sıra problemlərdən danışıblar.

Azərbaycan tərəfi də yaranmış Azərbaycan şirkətləri ilə bağlı vəziyyətlə əlaqədar narahatlığını çatdırıb. Ələlxüsus, Azərbaycan səfirliyinin təmsilçiləri Dünya Bankının ekspert qiymətləndirilməsinə istinadən nəzərə çatdırıblar ki, tenderlərdə iştirak edən Azərbaycan şirkətlərinə münasibətdə Ukrayna İnfrastruktur Nazirliyinin nəticələri əsassızdır və ümumilikdə, nazirlik bu məsələdə öz vəzifələrini sona qədər anlamır.

Bu azmış kimi, Azərbaycan tərəfi bir həftə ərzində bütün bu suallara Ukraynanın infrastruktur naziri Vladimir Omelyanın cavabını gözləyib. Cavab gəlməyib və özü özlüyündə bu, onun şəxsən Azərbaycan şirkətlərinə bu cür maneələrin yaradılmasında maraqlı olduğunu göstərir. Nəticə olaraq, Ukrayna XİN-ə Azərbaycanın etiraz notası göndərilib. Onun surəti Ukrayna Nazirlər Kabinetinə yollanıb.

Ukrayna baş nazirinin müşaviri Sergey Popik Azərbaycan tərəfini ümidvar edib ki, bu məsələlər ən yaxın zamanda müzakirə ediləcək və Ukraynanın ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin dərinləşməsində maraqlı olduğunu bildirib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *