Ziya Məmmədovun keçmiş müşavirinin bir vedrə qızıl işi: "oğru" bəraət aldı » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Kriminal

Ziya Məmmədovun keçmiş müşavirinin bir vedrə qızıl işi: "oğru" bəraət aldı

Ziya Məmmədovun keçmiş müşavirinin bir vedrə qızıl işi: "oğru" bəraət aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı davam edib.

Virtualaz.org saytı xəbər verir ki, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə dövlət ittihamçısı Fərid Nağıyev çıxış edib. O, R.Əhmədovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov müdafiə nitqi ilə çıxış edib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

A.Məmmədovun sözlərinə görə, qızıl-zinət əşyalarının çəkisinin nə qədər olması, onların şəkilləri və görüntüləri cinayət işinin materiallarına əlavə edilməyib: "Digər zərərçəkmiş şəxslər Mingiz Baxşıyevin qızları olduğu üçün, çox güman, evlərində məsləhətləşib istintaq və məhkəmə baxışında eyniməzmunlu ifadə verməyə nail olublar. Zərərçəkmişin qızı məhkəmə zamanı özü də təsdiq edib ki, qızılların yüngül çəkidə olması barədə atası Çingiz Baxşıyevə məlumat verib. Lakin bundan iki ay sonra Çingiz Baxşıyevin hüquq-mühafizə orqanlarına müraciət etməsi olduqca müəmmalıdır. Ola bilsin ki, bütün bunlar qohumlar arasında ailədaxili narazıçılıqdan qaynaqlanıb. Çingiz Baxşıyev bunu öz ailəsi daxilində həll ettsəydi daha yaxşı olardı. Rövşən Əhmədova verilən ittiham absurddur. O, ittihamları qəbul etmir. Rövşən Əhmədovun cinayət törətməsi sübuta yetməyib. Müvəkkilimin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edirəm".

Ziya Məmmədovun keçmiş müşavirinin bir vedrə qızıl işi: "oğru" bəraət aldı


Təqsirləndirilən şəxsin digər vəkili Ülkər Yusifova da müdafiə çıxışında müdafiə etdiyi şəxsə bəraət hökmünün çıxarılmasını istəyib:"Cinayət işində çox müəmmalı şeylərlə rastlaşdım. Zərərçəkmiş qızılların siyahısını belə doğru-düzgün təqdim etməyib. Çingiz Baxşıyev qızılların mövcudluğu barədə istintaq zamanı dəfələrlə ziddiyyətli ifadələr verib. Rövşən Əhmədova qarşı ittiham Çingiz Baxşıyevin ehtimalları əsasında verilib. Məhkəmə hökm çıxararkən ehtimallara əsaslana bilməz. Bütün bunları nəzərə alaraq məhkəmədən müdafiə etdiyim şəxsə bəraət verilməsini xahiş edirəm".

R.Əhmədov məhkəmədə son söz deyib. O heç bir günahının olmadığını, qızılların hamısını Çingiz Baxşıyevə qaytardığını və barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Məhkəmə heyəti müşavirəyə yollanıb və Rövşən Əhmədov barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunub.

18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ziya Məmmədovun keçmiş müşavirinin bir vedrə qızıl işi: "oğru" bəraət aldı


Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib. İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl monetləri ələ keçirib.

Çingiz Baxşiyev nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

Ç.Baxşıyevin adı mətbuata evindən külli miqdarda qızıl-zinət əşyaları oğurlanan məmur kimi gəlib. Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər.

R.Əhmədov isə elə əvvəldən ona elan olunmuş ittihamları qəbul etmir, günahsız olduğunu, qohumu Çingiz Baxşıyevin sifarişi ilə həbs olunduğunu deyirdi...

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *