Millət vəkilindən Türkiyəyə sərt cavab: Erməni olmaq... » AzNews.info -Xəbər portalı

Millət vəkilindən Türkiyəyə sərt cavab: Erməni olmaq...

Millət vəkilindən Türkiyəyə sərt cavab: Erməni olmaq...


"Türk telekanallarında yer alan "Nə mutlu erməniyəm!" sloqanı heç şübhəsiz ki, Atatürkün "Nə mutlu Türküm deyənə!" məşhur kəlamına inad olaraq bildrilib. Bu şüar Ermənistanda səsləndirilmiş və televiziyalarda yayılmış olsaydı, kimsəni təəccübləndirməzdi. Ancaq Türkiyənin hakimiyyətə yaxın kanalında reklam olunması haqlı olaraq Azərbaycan insanında xeyli üzüntü yaradıb".

1Xəbər.com-un məlumatına görə, bunu millət vəkili Fazil Qəzənfəroğlu öz Facebook səhifəsində qeyd edib.

"Məncə buna etiraz əvəzinə, qarşılıq şüar ürətmək lazımdır. Məsələn, "Erməni olmaq Xocalıda körpə üşaqları, hamilə qadınları qətlə yetirməkdir. Erməni olmaq başqa dövlətin ərazisini işğal etməkdir. Erməni olmaq, işğal etdiyi ərazilərdə məscidləri, mədəniyyət abidələrini dağıtmaqdır, etnik təmizləmə aparmaqdır. O halda soruruq ki, qatil olmaqdan, işğalçı olmaqdan, vandal olmaqdan mutlusunuzmu?" Bizim kanallar da bunu yayınlasın. Bir də buraxın Türkiyədə "Türk olmaqdan mutlu olanlar"ın özləri bu erməni mutluların səsini batırsın! Görək axı, bu ölkədə Türk olmaqdan mutlu olanlar hansı dəlmə-deşikdə gizləniblər! Eyni ifadəni bir Türk gedib İravanda hayqıra bilsə, bəlkə o zaman erməniyə bu mutluluq şansını vermək olardı", - millət vəkili əlavə edib.

Mənbə: 1xeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *