İlham Əliyev Berlində danışıqlarda » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Rəsmi, Foto

İlham Əliyev Berlində danışıqlarda – FOTO

İlham Əliyev Berlində danışıqlarda


Azərbaycan prezidenti İlham Əliyev iyunun 6-da Berlində Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.

Oxu.Az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Münhen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirilib.

Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulandı. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlham Əliyev Berlində danışıqlarda
İlham Əliyev Berlində danışıqlarda


19:51

Azərbaycan prezidenti İlham Əliyev Berlində “Airbus Group” şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb.

Oxu.Az-ın məlumatına görə, görüşdə Azərbaycanla “Airbus Group” şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirilib.

Müxtəlif sahələrdə, xüsusilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə “Airbus Group” arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

19:17

Azərbaycan prezidenti İlham Əliyevin Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşü olub.

Oxu.Az-ın məlumatına görə, görüşdə Azərbaycanla Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini apelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *