Sarkisyan Qarabağla bağlı üç şərt irəli sürdü
Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün üç şərtlər irəli sürüb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse spikeri, hakim Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bəyan edib.
O, bildirib ki, Sarkisyanın rəhbərliyi altında ERP-nin icraedici orqanının iclası başa çatıb.
“Toplantıda xarici siyasətlə bağlı məsələlər müzakirə olunub. Prezident Sarkisyan son görüş və telefon danışıqlarını təfarrüatlarını təqdim edib, həmçinin Ermənistan-Azərbaycan təmas xəttindəki vəziyyət barədə danışıb”, - Şarmazanov deyib.
Onun sözlərinə görə, Sarkisyan Dağlıq Qarabağ münagişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürüb: “insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi; ünvanlı bəyanatla və Azərbaycanın Dağlıq Qarabağa qarşı aqressiyaya əl atmayacağı zəmanəti”.
Mənbə:> Oxu.Az