Kerri: “Rusiya bizə kömək edib”
Rusiya ilə əməkdaşlıq ABŞ-ın strateji maraqlarına cavab verir.
Axar.az xəbər verir ki, bu sözləri CBS telekanalına müsahibəsində ABŞ Dövlət katibi Con Kerri deyib.
“Rusiya İranın nüvə proqramına dair razılaşma və Suriyanın kimyəvi silahdan azad edilməsi məsələlərində bizə kömək edib. Hazırda Rusiya Suriyada atəşkəs rejimi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə yardım edir. Əgər Rusiya bizə siyasi prosesə təsir etmək üçün imkan yaradırsa, deməli bu ABŞ-ın strateji maraqlarına cavab verir”.
Mənbə:> Axar.az