Daha bir əsgərimiz şəhid oldu
Azərbaycan əsgəri şəhid olub.
ATV.az-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi rəsmi saytında məlumat yayıb. Məlumatda bildirilir ki, fevralın 10-da düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz Quliyev Rahib Nəriman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Allah rəhmət etsin!
Mənbə:> ATV.az