Bakıda 170 minlik oğurluğun üstü açıldı
Azərbaycan paytaxtında mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxs saxlanılıb.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhər Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 23-də Qismət Qismətzadənin evindən içərisində 170000 ABŞ dolları pul və 7000 manat dəyərində qızıl əşyalar olan çantanı oğurlayan Bakı şəhər sakini Mehdi Məmmədov tutulub.
Qeyd edək ki, Qismət Qismətzadə psixoloq kimi fəaliyyət göstərir.
Mənbə:> Oxu.Az