Azərbaycanda maşınların qiyməti düşdü – VİDEO
Avtomobil bazarındakı vəziyyət qeyri-dinamik həddə çatıb.
AzNews.info xezerxeber-ə istinadən xəbər verir ki, bazarda satan çox olsa da, alan yoxdur.
İqtisadçı ekspertlər və satıcılar satışın zəifləməsini kreditin verilmə qaydalarının sərtləşdirilməsi ilə əlaqələndirirlər.
İqtisadçılar da istər ötən il, istərsə də bu ilin əvvəli ilə müqayisədə alıcıların azalmasını təsdiq edir. Səbəb kimi isə kredit qaydalarının sərtləşdirilməsini göstərirlər.
Alıcı azlığı olduğundan xüsusilə də bahalı maşınların qiyməti düşüb. Ekspertlər isə alıcılara bankdan kredit yox, lizinq almağı məsləhət görür.
Mənbə:> Xəzərxəbər