Hacıbala Abutalıbov: Bizdə 600 mindən çox sənədsiz ev var – VİDEO
Bizdə 600 mindən çox sənədsiz ev var. Elə kənd var ki, orda heç bir evin sənədi yoxdur. Halbuki 100-150 ildir ki, o evdə yaşayırlar.
Oxu.Az ATV xəbərə istinadən xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, Təzə-pir məscidinin ətrafı tamamilə yaşıllıq zonasına çevriləcək:
“Nizami metrosundan İstiqlaliyyət küçəsinə qədər, Nərimanov prospektindən indiki Azərbaycan prospektinə qədər olan bu ərazi tamamilə söküləcək. Təzə-pir məscidinin ətrafı tamamilə yaşıllıq zonasına çevriləcək”.
Bakı meri sənədsiz evlərin taleyinə də aydınlıq gətirib:
“Sənədsiz evlərdə yaşayan vətəndaşlara heç bir əsassız tələb irəli sürülmədən yaxın vaxtlarda problemləri həll olunacaq” - deyə, o qeyd edib.
Mənbə:> Oxu.Az