Dollarla avronun məzənnəsində növbəti kəskin dəyişiklik
Azərbaycanda xarici valyutaların məzənnəsində yenə dəyişiklik olub.
Virtualaz.org Mərkəzi Banka istinadən bildirir ki, dolların məzənnəsində bahalaşma qeydə alınıb. 1 ABŞ dolları 1.0477-dən 1.0485 AZN-ə yüksəlib.
Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1842-dən 1.1680-ə qədər ucuzlaşıb.
Rusiya rublunun kursunda da ucuzlaşma müşahidə edilib. 1 rublun dəyəri 0.0213-dən 0.0211 manata qədər azalıb.
Mənbə:> Virtualaz.org