İcra başçısı Adil Məmmədovun “hasar biznesi” » AzNews.info -Xəbər portalı

İcra başçısı Adil Məmmədovun “hasar biznesi”

İcra başçısı Adil Məmmədovun “hasar biznesi”


Məqalədə icra başçısı Adil Məmmədovun Cəngidəki fermasındakı mal-qaranın su sarıdan korluq çəkmədiyi, icra başçısına məxsus yonca sahələrinin su gölündə üzdüyü halda, əhalinin bir maşın suya 25 manat verməyindən bəhs edilirdi.
Bu gün qafqaznews.az-a daxil olan məlumata görə, rayonun Cəngi qəsəbəsində Bakı-Şamaxı yolunun kənarında çəkilmiş 1 kilometr uzunluğunda hasar, icra başçısı Adil Məmmədova 370 min manat xeyir gətirib.
Beləki, 1 km uzunluğunda hasar rayondakı idarələr arasında aşağıdakı qaydada bölüşdürülüb:
1. Təhsil şöbəsi – 200 metr,
2. Mədəniyyət şöbəsi – 200 metr,
3. Dövlət Sosial Müdafiə Fondu – 100 metr,
4. Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi – 100 metr,
5. Qaz idarəsi – 100 metr,
6. Su idarəsi – 100 metr,
7. Baytarlıq idarəsi – 100 metr,
8. Məşğulluq idarəsi – 100 metr.
İcra başçısı dövlət vəsaiti hesabına çəkilən 1 km uzunluğunda hasarı idarələr arasında bölüşdürərək, özü ortada 370 min manat “qabağa” düşüb.
Növbəti sayımızda icra başçsı Adil Məmmədovun qəribə biznes sahələri barədə və…başçının işə saat neçədə gəlməsi haqqında maraqlı məqalə dərc edəcəyik.

Mənbə: bizimxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *