İdman arenalarının yaxınlığına yalnız “London taksiləri” gedə biləcək » AzNews.info -Xəbər portalı

İdman arenalarının yaxınlığına yalnız “London taksiləri” gedə biləcək – VİDEO

İdman arenalarının yaxınlığına yalnız “London taksiləri” gedə biləcək


Azərbaycan Bakı-2015 Avropa Oyunları zamanı Avropa standartlarına uyğun olaraq qonaqları qarşılayacaq. Biz öz fəaliyyətimizlə avropalıları təəccübləndirəcəyik.

AzNews.info xəbər verir ki, ANS PRESS-in məlumatına görə, bu sözləri Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov “Günə Baxan” verilişində deyib.

O bildirib ki, Bakıda minlərlə küçə var və aidiyyatı orqanlar üzərinə düşən öhdəlikləri yerinə yetirərək şəhər yollarındakı problemləri aradan qaldıracaq:

“Bəzən sürücülərin günahından problemlər yaranır. Piyadalar və sürücülər üzərinə düşəni etməlidir ki, şəhər nəqliyyatında problemlər yaranmasın. Avropa Oyunları zamanı yollara ciddi nəzarət olunacaq və sərt cərimələr tətbiq olunacaq. Məsələn, “parkinq yoxdur” xidməti göstəriləcək. Belə olan halda vətəndaş avtomobilini həmin ərazilərdə saxlaya bilməyəcək. Biletlə yarış izləməyə gələn vətəndaş “park et və get” nişanı olan yerdən idman obyektinə ictimai nəqliyyatla gedəcək”.

Nazirlik rəsmisi qeyd edib ki, taksilərə də ciddi nəzarət olunacaq. N.Həsənovun sözlərinə görə, taksilər idman arenalarına yaxın yerlərə gedə bilməyəcək: “Biz bunun üçün lazımi işlər görəcəyik. Yalnız “London taksiləri”, yaxud oyunlar üçün xüsusi hazırlanan “Lifan” maşınları bu xidməti göstərə biləcək”.

O qeyd edib ki, bu günlərdə bir milyon insana xidmət göstəriləcək.



Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *