Banklarla bağlı yenilik: kredit faizləri aşağı düşə bilər » AzNews.info -Xəbər portalı

Banklarla bağlı yenilik: kredit faizləri aşağı düşə bilər – VİDEO

Banklarla bağlı yenilik: kredit faizləri aşağı düşə bilər

''Banklar haqqında'' qanuna dəyişiklik edilməsi təklif olunur. Təklif qəbul edilsə, kredit faizini və digər xərclərin həddini dövlət qurumu müəyyənləşdirəcək.

Xezerxeber.az-ın məlumatına görə, artıq dəyişiklik layihəsi Milli Məclisə təqdim edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyevin sözlərinə görə, ölkəmizdə bəzi banklar hətta 36 %-lə kredit verir ki, bunun da geri qaytarılmasında əksər hallarda ciddi problemlər yaranır. Nəticədə isə problemli kredit ölkə iqtisadiyyatına ziyan vurur.

Rüfət Quliyev ehtimal edir ki, ölkəmizdə kredit faizinin minimum həddi 18, maksimum həddi isə 22-24 faiz olacaq. Yəni kredit faizləri aşağı düşəcək.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin 9 apreldə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Mənbə: Xezerxeber.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *