Hesablama Palatası deputatlara hesabat verəcək
Milli Məclisin (MM) növbəti və aprel ayında keçiriləcək ilk plenar iclasının vaxtı müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, növbəti iclas gələn həftəninin ikinci günü, aprelin 9-da keçiriləcək.
İclasda bir çox məsələlər, qanun layihələri ilə yanaşı, Hesablama Palatasının illik hesabatının da müzakirəsi nəzərdə tutulur.
Hesabatla Palatanın sədri Vüqar Gülməmmədov çıxış edəcək və hesabat ətrafında müzakirələr başa çatdıqdan sonra sənəd səsverməyə çıxarılaraq, təsdiqlənəcək.
Qeyd edək ki, hesabat məruzəsi öncə MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 5-də keçiriləcək iclasında müzakirə olunacaq və müzakirələrdən sonra plenar iclasa tövsiyə ediləcək.
Mənbə:> Oxu.Az