İlham Əliyev Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşını təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Virtualaz.org-un məlumatına görə, sərəncamla Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:
Məmmədov Kənan Ələsgər oğlu - Bakı Baş Gömrük İdarəsinin rəisi
Rəsulov Məsum Eynalı oğlu - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi.
Dövlət başçısının digər sərəncamı ilə xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Hüseynov İsmayıl Xəlil oğlu
Xəlilov Təmkin Həsən oğlu
Qaralov Səməd Əsəd oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Abbasov Mehman Abbas oğlu
Ağayev Ziya Ağadayı oğlu
Əhmədov Vüqar Səməd oğlu
Əliyev Ələkbər Abdulla oğlu
Əsgərov Niyazi Məhərrəm oğlu
Hüseynov Ruslan Sabir oğlu
İsmayılov Aftandil Nizami oğlu
Qəribov Mahin Heydar oğlu
Mehdi Akif İbad oğlu
Məmmədov Qalib Müslüm oğlu
Məmmədov Rəşad Qurban oğlu
Nəsirov Valid Mais oğlu
Nəsirova Minayə Ramiz qızı
Niyazova İradə Səməd qızı.
Mənbə:> Virtualaz.org