Prezident gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını artırdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Prezident gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını artırdı

Prezident gələn il üçün yaşayış minimumunu və ehtiyac meyarını artırdı

Prezident İlham Əliyev 2019-cu il üçün yaşayış minimumu haqqında qanunu təsdiqləyib.

Virtualaz.org bildirir ki, qanuna əsasən 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən edilir.

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində olub.

Dövlət başçısı 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında Qanunu da təsdiqləyib.

Qanuna əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilir.

Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, 2018-ci ildə ehtiyac meyarı 130 manat təşkil edib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *