Neftin qiyməti 64 dollardan aşağı düşüb
Dünya bazarında neftin qiyməti bu il martın 9-dan bəri ilk dəfə 64 dollardan aşağı düşüb.
Rusiya mətbuatı xəbər verir ki, bir qədər əvvəl əmtəə birjalarında “Brent” markalı “qara qızıl”ın 1 bareli 63,39 dollara bərabər olub.
WTI markalı neftin 1 bareli isə 53,66 dollara qədər ucuzlaşıb.
Bu qiymətlər ötən günün yekunu ilə müqayisədə, təxminən, 5% azdır.
Mənbə:> Virtualaz.org