İlin sonunadək iki metro stansiyası istismara veriləcək
Bakı Metropoliteninin III-bənövşəyi xəttinin tikintisi davam etdirilir və ilin sonunda ilk iki stansiyanın istismara verilməsi planlaşdırılır.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin İstismar üzrə baş mühəndisi Əlixan Osmanov bildirib.
Onun sözlərinə görə, burada çətinlik ondan ibarətdir ki, metropolitenin baş layihəçisi olan Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verməklə məşğul olub:
“Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. Bənövşəyi xəttinin digər stansiyalarının tikintisində işlər lazımlı səviyyədə aparılır”.
Mənbə:> Oxu.Az