Özbəkistanda minimal əmək haqqı 25 dollara çatdı
Noyabrın 1-dən etibarən Özbəkistanda minimal əmək haqqı 10% artırılacaq və 202 min soma (təqribən 25 dollar) çatacaq.
Oxu.Az xəbər verir ki, Özbəkistan prezidentinin müvafiq Fərmanı Milli İnformasiya Agentliyinin saytında dərc edilib.
Sənədin mətninə əsasən, noyabrın 1-dən etibarən həmçinin əlillər, təqaüdçülər və əmək faəliyyətinə qadir olmayan vətəndaşlara ödəniləcək təqaüd və müavinətlərin də məbləği təyin olunub.
Mənbə:> Oxu.Az