Komitə sədri: Azərbaycan dünyanın ən az yoxsulu olan ölkələrindən biridir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Komitə sədri: Azərbaycan dünyanın ən az yoxsulu olan ölkələrindən biridir

Komitə sədri: Azərbaycan dünyanın ən az yoxsulu olan ölkələrindən biridir


Milli Məclisdə “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində Milli Məclisin (MM) rolu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Oxu.Az-ın xəbərinə görə, konfransı açan MM-in Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qloballaşmanın intensivləşməsi dünyada yeni çağırışlar doğurur.

Onun sözlərinə görə, yeni çağırışlara cavab vermək isə dövlətlər və hökumətlər qarşısında vacib tələblərdən biri kimi dayanır.

Komitə sədri deyb ki, ötən müddət ərzində ölkə prezidenti tərəfindən bu yöndə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə bağlı Dövlət Proqramı və digər bu tipli dövlət proqramları qəbul olunub:

“Əgər DİM-lə bağlı dünyada yoxsulluğun aşağı endirilmə həddi 15 faiz nəzərdə tutulmuşdusa, Azərbaycanda artıq 2015-ci ildə yoxsuluğun göstəricisi 5 faizdən aşağı düşmüşdü. Yəni, 49 faizdən 5 faizə düşməklə, Azərbaycanda dünyada yoxsulluq göstəricisi ən az olan 29 dövlətdən birinə çevrilib. Bu, çox böyük göstəricidir”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *