Yay vaxtına keçidin bizə nə xeyri? » AzNews.info -Xəbər portalı

Yay vaxtına keçidin bizə nə xeyri?

Yay vaxtına keçidin bizə nə xeyri?


"Saat əqrəblərinin irəli və ya geri çəkilməsi əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa dövlətlərində tətbiq edilir. Beynəlxalq praktikada yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlar ilə bağlı olsa da, kriminal hadisələrə qarşı mübarizə tədbiri kimi də tətbiq edilir".

AzVision.az-in məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov deyib. O bildirib ki, iqtisadi baxımdan bu qərarların əsas səbəbi, enerjiyə qənaət etmək imkanının və eləcə də sosial vətəndaşların yeni fəsilə adaptasiya edilməsi baxımından əhəmiyyətli olması ilə bağlıdır:

"Əvvəla yay vaxtına keçmənin başlıca əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər, praktiki olaraq hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəsilə uyğunlaşa bilirlər. Beynəlxalq standartlara əsasən, saatların geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir.

Bu baxımdan, qış və yay vaxtlarının tətbiq edilməsinin doğru addımdır. Çünki bu, Avropada tətbiq edilmiş və uzun müddət sınanılmış bir praktikadır. Tətbiq olunan praktika yalnız iqtisadi deyil, eyni zamanda psixoloji və digər aspektlərə də əsaslandırılır. Azərbaycanda bu sistemin tətbiqinin, həm fəslin dəyişməsi ilə əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artması aspektinə müsbət təsirləri var".

Mütəxəssis hesab edir ki, yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının daha uzunmüddətli olmasına şərait yaradılması baxımından əhəmiyyətlidir: "Bu xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan aqrar sektor iş müddətinin uzanması baxımdan saat əqrəblərinin irəli çəkilməsindən udan sahə hesab edilir", - deyə mütəxəssis söyləyib.

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *