Dünyanı HEYRAN QOYAN FOTOLAR: Türklər dollara qarşı belə müharibə aparır – FOTO
ABŞ prezidenti Donald Trampın Türkiyəyə qarşı iqtisadi hücumlar etməsi türk lirəsinin dollar qarşısında sürətlə dəyər itirməsi ilə nəticələndi.
AzNews.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan xalqı əllərindəki dollarları, avroları və qızılları lirəyə çevirməyə və iqtisadi müharibədə dövlətə dəstək verməyə çağırdı.
Bundan sonra Türkiyənin hər yerində xalq bu çağırışa qoşuldu. Diqqət çəkən məqamlardan biri isə Türkiyədə böyük biznesmenlərlə yanaşı, sadə camaatın da bu kampaniyaya gücü çatan qədər dəstək verməsidir. Hətta kiçik ticarətlə məşğul olan bir çox şəxs "200 dollar dəyişdirib gələnə tərəvəz pulsuz", "300 dollar dəyişdirib gələnə hər şey pulsuz" plakatları açaraq, kampaniyaya dəstək veriblər. Bununla yanaşı, dolları lirəyə dəyişdirib evinə qayıdan yolçuları şəxsi avtobuslar pulsuz aparırlar.
Dünyanı heyran qoyan həmin fotoları təqdim edirik.
Mənbə:> Publika.az