“AST Telman”ın keçmiş işçiləri “Mardan Palace”ı qarət etdilər… » AzNews.info -Xəbər portalı

“AST Telman”ın keçmiş işçiləri “Mardan Palace”ı qarət etdilər…

“AST Telman”ın keçmiş işçiləri “Mardan Palace”ı qarət etdilər…


Azərbaycanlı iş adamı Telman İsmayılovun Türkiyədəki “Mardan Palace” otelinin keçmiş işçiləri tərəfindən qarət olunduğu məlum olub.

AzNews.info Qafqazinfo-a istinadən xəbər verir ki, Antalyada yerləşən, 1,4 milyard dollara başa gələn otel borca görə müsadirə edildikdən sonra baxımsız hala düşüb. Məlum olub ki, uzun müddət maaş ala bilməyən işçilər oteldəki plazma TV-ləri və bir çox elektrik əşyalarını oğurlayıblar.

“Mardan Palace”ı almaq istəyən namizədlər isə otelin təmir xərclərinə dair hesabat hazırlayıblar. Texniki hesabatda ümumi təmir xərcinin 5 milyon avroya çatdığı, kompleksin borc miqdarının isə 115 milyon avro olduğu qeyd edilib.

Xatırladaq ki, AST Telman müflis olduqdan sonra istirahət kompleksi müsadirə olunaraq banka verilib. İstifadəsi dayandırılan otelin yaşıllıq sahələri baxımsızlıqdan məhv olub, Misirdən xüsusi olaraq gətirilən 9 min tonluq qızılı qum isə yoxa çıxıb.

Mənbə: Qafqazinfo.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *