Pensiya Fondunda yoxlamalar başladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Pensiya Fondunda yoxlamalar başladı

Pensiya Fondunda yoxlamalar başladı


Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulub.

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri 2017-ci ilin dekabr ayında təsdiq olunmuş "Azərbaycan Respublikasının Hesablama Palatasının 2018-ci il üçün iş planı”na uyğun olaraq həyata keçirilir”, - deyə məlumatda vurğulanıb.

Nəzarət tədbirinin nəticələri Hesablama Palatasının kollegiya iclasında müzakirə edilərək təsdiq olunduqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada açıqlanacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *