Dünyanın ən zəngin 500 insanı üç gündə 128 mlrd. dollar itirdi
"Berkshire Hathaway" investisiya şirkətinin rəhbəri və təsisçisi Uorren Bafet "Warren Buffet" fond səhmlərinin dəyərdən düşməsinə görə fevralın 26-dan 28-dək 3,74 mlrd. dollar itirib.
"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Tsukerberqin sərvəti (Marc Zuckerberg) bu üç gündə 3,7 mlrd. dollar azalıb.
"Alphabet"in baş icraçı direktoru Larri Peyc 3,1 mlrd. dollar, "Google"ın təsisçisi Sergey Brin 3 mlrd. dollar, "Zara"nın rəhbəri 2,5 mlrd. dollar zərər ediblər.
Ümumiyyətlə, dünyanın ən varlı 500 adamı fevralın 26-dan fevralın 28-dək 128 mlrd. dollar itki ilə üzləşib. Ən böyük zərər ABŞ biznesmenlərinə dəyib-55 mlrd. dollar. Çin maqnatları 14 mlrd. dollarlıq vəsaitlə vidalaşmalı olublar.
Qeyd edək ki, martın 1-də "Dow jones" indeksi 420,2 bənd azalaraq 24 608 bəndə enib. Bu, ABŞ prezidenti Donald Trampın gələn həftə polad və alüminiumun idxalı ilə bağlı yeni tariflərə keçidlə bağlı qərar verəcəyini bəyan edəndən sonra baş verib. İndeks S&P 500 36,16 bənd azalaraq 2677,67, NASDAQ isə 92,45 bənd azalaraq 7180,56 bəndə qədər azalıb.(APA)
Mənbə:> APA