“O, nə avtomobildir ki?” — “Şərurlu İsfəndiyar” oğluna məxsus olduğu deyilən 650 minlik avtomobildən DANIŞDI » AzNews.info -Xəbər portalı

“O, nə avtomobildir ki?” — “Şərurlu İsfəndiyar” oğluna məxsus olduğu deyilən 650 minlik avtomobildən DANIŞDI

“O, nə avtomobildir ki?” — “Şərurlu İsfəndiyar” oğluna məxsus olduğu deyilən 650 minlik avtomobildən DANIŞDI


“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov sosial şəbəkələrdə onun oğluna məxsus olduğu deyilən və iqtisadçı alim Qubad İbadoğlu tərəfindən sosial şəbəkədə gündəmə gətirilən və İ. Axundovun oğluna məxsus olduğu deyilən “10-AA-665” dövlət nömrə nişanlı “Mercedes–Benz S Class” avtomobili ilə bağlı açıqlama verib.

İş adamı “Ölkə.Az”-a açıqlamasında sözügedən avtomobilin ona və ya ailəsinə məxsus olmadığını bildirib:

“Bizdə ondan da bahalı avtomobillər var. O, nə avtomobildir ki? Yazılanlara fikir vermək lazım deyil. O, avtomobil bizə məxsus deyil. Əgər bizim olsaydı, onu gizlətməzdim”.

Xatırladaq ki, ötən gün iqtisadçı-alim Qubad İbadoğlu sosial şəbəkədə “Brabus” şirkəti tərəfindən xüsusi qaydada yığılmış super avtomobil modeli “Mercedes-Benz S Class”-ın şəklini paylaşaraq, onun kimə məxsus olması ilə bağlı izləyicilərə sual ünvanlayıb. “Bu avtomobil xüsusi qaydada yığılıb, 8 silindiri var, mühərrikinin həcmi 5912 kv. sm-dir, 850 at gücünə malikdir, maksimum sürəti saatda 350 km-dir… Avtomobilin zavod qiyməti 381 min dollar və ya hazırkı məzənnə ilə 650 min manatdır” – deyə iqtisadçı yazır.

“Qaynarinfo”ya daxil olan məlumata görə, bu bahalı avtomobil tikinti maqnatı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun oğluna məxsusdur.

Mənbə: Ölkə.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *