Nazir Sultanov Qazaxıstanın Azərbaycan Beynəlxalq Bankında itmiş pulları barədə
Qazaxıstan parlamentinin Senatının deputatları yenidən maliyyə naziri Baxıt Sultanova Vahid Yığım Pensiya Fondunun Azərbaycan Beynəlxalq Bankında itmiş vəsaitlərini xatırladıblar.
Virtualaz.org “Forbes”a istinadən bildirir ki. deputat Darxan Kaletayev Senatın plenar iclasında çıxış etmiş maliyyə nazirindən soruşub: “Pensiya fondunun Azərbaycan iqtisadiyyatına qoyulmuş pulları ilə bağlı vəziyyət necədir? Yəqin ki, bunları investisiya hesab etmək olar”.
“İnvestisiyalar Vahid Yığım Pensiya Fondu tərəfindən ABB-nin istiqrazlarına qoyulub. Həmin bank müəyyən çətinliklər nəticəsində restrukturizasiya prosedurlarına məruz qalıb. Bu prosesə Azərbaycan hökuməti də qoşulub. Danışıqlar nəticəsində həmin istiqrazların suveren istiqrazlara dəyişdirilməsinə nail olunub, müddət 15 ilə qədər artırılıb. Başqa sözlə, restrukturizasiya nəticəsində faiz dərəcəsi azalıb. Buna baxmayaraq, əsas borc və üstəlik həmin dərəcələr üzrə gəlirlilik, az da olsa, saxlanılıb. Buna görə də, bugünkü vəziyyətə görə, həmin vəsaitlərin qaytarılması, demək olar ki, təmin edilir. Bundan başqa, həmin istiqrazların alışı nəticəsində müəyyən hissə VYPF tərəfindən gəlir şəklində əldə edilib”, - nazir deyib.
Nəşr qeyd edir ki, Qazaxıstan Vahid Yığım Pensiya Fondunun 71,3 milyard tenge yatırdığı Azərbaycan Beynəlxalq Bankı kreditorlarla borcun restrukturizasiyası barədə danışıqlar aparır.
Mənbə:> Virtualaz.org