Mərkəzi Bankdan kredit qərarı
Azərbaycan Mərkəzi Bankı “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişiklik edib.
ANS PRESS-in məlumatına görə, AMB-nin sədri Elman Rüstəmovun qərarına əsasən, “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nda dəyişiklik təsdiq edilib.
Bununla yanaşı, hüquq departamentinə (R.Məlikova) tapşırılıb ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
Yeni qərara əsasən, 2015-ci il fevralın 23-dək restrukturizasiya olunmuş aktivlər standart aktivlər kimi, 2015-ci il fevralın 23-dən restrukturizasiya olunmuş aktivlər isə qənaətbəxş aktivlər kimi təsnifləşdirilə bilməz”.
Yeni dəyişiklik martın 7-dən etibarən qüvvəyə minib.
Qeyd edək ki, restrukturizasiya olunmuş aktiv fors-major vəziyyətdə rəsmiləşdirilmiş borc öhdəliyidir. Yəni, dəyişikliyə əsasən, gecikdirilmiş kreditlərin ödənilməsi müddəti uzadılıb.
Mənbə:> ANSPRESS