Bakının mənzil bazarında qiymətlər qalxdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakının mənzil bazarında qiymətlər qalxdı

Bakının mənzil bazarında qiymətlər qalxdı

İlkin nəticələrə əsasən, yanvar ayında təkrar mənzil bazarında evlərin qiymətində 1,2-1,5 faiz nisbəti arasında bahalaşma müşahidə olunub.

Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı qeyd edib ki, qiymət artımı gözlənilən olmayıb: “Çünki adətən yanvar ayında qiymət ya düşür, ya da stabilləşir. Amma bazarda bu dəfə aktivliyin azalması müşahidə olunsa da, əksinə qiymətlər artdı”.

Ekspertin sözlərinə görə, qiymət artımı daha çox dəyəri 120 min manata qədər olan mənzillərdə müşahidə olunub.

R.Osmanlı əlavə edib ki, ilkin mənzil bazarında isə qiymətlər stabil qalıb.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayında da Bakıda mənzillərin qiymətində bahalaşma qeydə alınmışdı. Belə ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində artım 2,51 faiz təşkil etmişdi.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *