Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ: Sənəd qəbulu başlayır, qiymət 4000 - dollardan çox...
Sabahdan Azərbaycanda bu ilki həcc ziyarəti ilə bağlı sənədlərin qəbuluna start verilir.
AzNews.info APA-ya istinadən xəbər verir ki, fevralın 12-dən həcc ziyarətində iştirak etmək istəyən zəvvarlar Qafqaz Müsəlmanları İdarəsinə (XİN) pasport (biometrik), şəxsiyyət vəsiqəsinin surəti, 4*6 ölçülü 4 ədəd şəkil (qadınlar başı örtülü), sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.
Eyni zamanda bu ilki həcc ziyarətinin qiyməti də məlum olub. Bu il ötənilki kimi iki variantda deyil, bir varianta həcc ziyarəti üçün qiymət müəyyənləşib. Həcc ziyarətinin qiyməti 4150 dollardır.
QMİ-dən APA-ya xəbəri təsdiqləyiblər.
Mənbə:> APA